Ağ Ev Hindistanla 500 milyard dollarlıq müqavilənin təfərrüatlarını açıqladı
Hindistan ABŞ-dan daha çox neft almağa razılaşdı. Ağ Evin mətbuat katibi Karolin Livit Fox News kanalına verdiyi müsahibədə belə bir açıqlama verdi.
"Hindistan Rusiya neftini almağı dayandırmağa və ABŞ-dan, bəlkə də Venesueladan daha çox Amerika nefti almağa razılaşdı", - Livitt dedi.
O qeyd etdi ki, ABŞ ilə müqavilə çərçivəsində Hindistanın Baş naziri Narendra Modi 500 milyard dollar dəyərində Amerika enerji, nəqliyyat və kənd təsərrüfatı məhsullarını almağı öhdəsinə götürüb.
2 fevralda ABŞ prezidenti Donald Tramp Modinin Rusiya neftini almağı dayandırmağa razı olduğunu bildirdi. Ağ Ev rəhbəri qeyd etdi ki, "ən yaxşı dostlarından biri" və "ölkəsinin nüfuzlu və hörmətli lideri" Narendra Modi ilə danışmaq onun üçün şərəfdir.
“The Washington Post” (WP) qəzetinin məlumatına görə, ABŞ Rusiyadan neft almaqdan imtina edəcəyi təqdirdə Hindistana qarşı 25% əlavə rüsumları ləğv edəcəyinə söz verib.
Sosial şəbəkələrdə paylaş
