Məhəmməd Əmin Rəsulzadənin itkin düşən kiçik qızı Xalidə Rəsulzadə

Məhəmməd Əmin Rəsulzadənin itkin düşən kiçik qızı Xalidə Rəsulzadə
📌Xalidə Məhəmməd Əmin qızı Rəsulzadə 1916-ci ildə anadan olub.
📌Anası Ümbülbanu və bacısı Lətifənin ölümündən sonra Qazaxıstanda Taldı-Kurqanda qala bilmir.
📌Həyatını riskǝ ataraq 1943-cü ildə gizli olaraq sürgündən qaçıb Bakıya gəlir. Bir müddət (Məhəmməd Əmin Rəsulzadənin əmisi qızı Ümgülsüm Sadıqzadə ilə ailəli olan və 1938-ci ildə güllələnən) Seyid Hüseynin evində qalır, sonra buranın nəzarətdə olduğunu hiss edib, Şamaxı istiqamətinə gedir və sonradan ondan heç bir məlumat alınmır.
📌Deyilənlərə görə Şamaxıya getmək planı olur Xalidə xanımın. Lakin Xalidə onun dalınca düşən iki xüsusi xidmət orqanı işçisini görüb fikrini dəyişir və bileti Neftçala istiqamətinə alır. Xalidə xanım Neftçalaya çatan kimi onu tutub aparırlar. Güman olunur ki, elə rayonun köhnə qəbiristanlığında da güllələyirlər.
📌Məhəmməd Əmin Rəsulzadənin qızı Xalidə xanımın aqibəti müəmmalı olaraq qalır. Şübhəsiz olan odur ki, bu, sovet işğal rejiminin törətdiyi cinayətlərdən biridir.
Sosial şəbəkələrdə paylaş