Sabah hava necə olacaq?
Dağlıq ərazilərdə qar, bəzi rayonlarda dolu gözlənilir
Oktyabrın 10-na olan hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir. Gecə bəzi ərazilərdə yağışın intensiv və güclü olacağı, şimşək çaxacağı mümkündür. Yağıntılar axşama doğru tədricən dayanacaq.
Paytaxt və yarımadada havanın temperaturu gecə 14-17, gündüz 19-21 dərəcə isti olacaq. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv leysan, şimşək və dolu olacağı ehtimal edilir. Yüksək dağlıq ərazilərdə qar yağacağı, bəzi şərq rayonlarında isə gecə və səhər yağıntıların güclənəcəyi bildirilir. Ayrı-ayrı yerlərdə duman müşahidə olunacaq.
Rayonlarda havanın temperaturu gecə 11-16, gündüz 20-25 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 2-6, gündüz 7-12 dərəcə isti olacaq. Axşam yağıntıların tədricən kəsiləcəyi gözlənilir.
