Yol qəzasında qadın və azyaşlı uşaq xəsarət alıb
Dünən Nərimanov rayonunda, Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə zamanı avtomobil piyada keçidindən keçən qadını və onun azyaşlı oğlunu vurub.
Ərazidə xidmət aparan yol polisi əməkdaşları hadisəyə operativ müdaxilə edərək xəsarət alan şəxsləri xidməti avtomobillə xəstəxanaya çatdırıblar.
Tibb müəssisəsində hər iki yaralıya təxirəsalınmaz tibbi yardım göstərilib və onların həyatı xilas edilib.
Hadisə anının görüntülərini təqdim edirik.
[video=]
Sosial şəbəkələrdə paylaş
