Medianın İnkişafı Agentliyindən saxta video ilə bağlı açıqlama

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi xəbər verir ki, sosial şəbəkələrdə Prezidentin köməkçisi Hikmət Hacıyevin adından “deepfake” texnologiyası ilə hazırlanmış, saxta video yayımlanıb.
Agentlik vurğulayır ki, belə dezinformasiya Azərbaycan və Türkiyə arasında mövcud strateji müttəfiqlik münasibətlərinə xələl gətirə, ictimai etimadı sarsıda bilər.
Cəmiyyəti yalnız rəsmi mənbələrdən verilən informasiyaya inanmağa çağıran Agentlik, sosial şəbəkə platformalarının sahiblərini isə zərərli və saxta məzmunun operativ şəkildə aradan qaldırılması üçün tədbirlər görməyə dəvət edir.
#MEDIA #Açıqlama
Sosial şəbəkələrdə paylaş