Mehriban Rəhimliyə şərti cəza verildi
“German Marşal Fondu”nun məsləhətçisi ittihamlarla bağlı təqsirli bilinib
ABŞ-nin “German Marşal Fondu”nun məsləhətçisi Mehriban Rəhimlinin məhkəmə araşdırması başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda iş üzrə hökm elan olunub.
M.Rəhimli Baş Prokurorluğun qeyri-hökumət təşkilatları ilə bağlı apardığı istintaq çərçivəsində cinayət məsuliyyətinə cəlb edilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə cinayət yolu ilə əldə olunmuş xeyli miqdarda əmlakın leqallaşdırılmasında ittiham olunub.
Məhkəmənin hökmü ilə Mehriban Rəhimli ona verilmiş ittihamlar üzrə təqsirli bilinib. Ona 7 il 6 ay müddətinə şərti cəza verilib və 4 il sınaq müddəti müəyyənləşdirilib.
Qeyd edək ki, bundan əvvəl də bir sıra tanınmış şəxslər QHT işi çərçivəsində cinayət məsuliyyətinə cəlb olunublar.
