Misir Mərdanov təhsildəki problemlərdən danışıb
Keçmiş nazir müəllimlərin maaşlarının artdığını bildirib
Keçmiş təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru Misir Mərdanov təhsil sahəsində mövcud problemlər və son illərdə görülən işlərlə bağlı fikirlərini bölüşüb.
O, AZƏRTAC-a müsahibəsində bildirib ki, bütün ölkələrdə təhsil sahəsində müəyyən problemlər mövcuddur. Onun sözlərinə görə, vaxtilə əsas problemlərdən biri müəllimlərin əməkhaqqı ilə bağlı olub.
M.Mərdanov hazırda bu məsələnin mərhələli şəkildə həll olunduğunu qeyd edib. Bildirib ki, müəllimlərin əməkhaqqı onun nazir olduğu dövrlə müqayisədə əhəmiyyətli dərəcədə artıb və artım davam edir.
Keçmiş nazir məktəb direktorlarının əməkhaqlarının da artırıldığını vurğulayıb.
O, həmçinin beynəlxalq təcrübənin öyrənilərək ölkədə tətbiq edildiyini, dərslik və dərs vəsaitlərinin hazırlanmasına diqqətin artırıldığını deyib. M.Mərdanov kurikulum islahatının davam etdiyini və məktəblərin müasir avadanlıqlarla təchiz olunduğunu bildirib.