Yağışlı hava gəlir
Bəzi rayonlarda dolu və qar ehtimalı var
Sabah ölkə ərazisində hava şəraitinin əsasən yağıntılı olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, paytaxt və Abşeron yarımadasında gecə və səhər saatlarında yağışın intensivləşəcəyi, bəzi yerlərdə güclü olacağı ehtimal edilir. Günün ikinci yarısında yağıntılar tədricən dayanacaq.
Bakıda gecə 15-17°, gündüz 18-22° isti olacaq. Külək istiqamətini dəyişəcək.
Ölkənin rayonlarında arabir yağış yağacaq. Ayrı-ayrı ərazilərdə leysan, şimşək və dolu ehtimalı var. Dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Gecə və səhər bəzi şərq rayonlarında yağıntılar güclənəcək, bəzi yerlərdə duman olacaq. Axşam yağıntılar tədricən kəsiləcək.
Rayonlarda temperatur gecə 11-16°, gündüz 20-25° isti olacaq. Dağlıq ərazilərdə gecə 2-7°, gündüz 13-18° isti proqnozlaşdırılır.
