Təcili Tibbi Yardım Mərkəzinə direktor təyin edildi
Vəzifə Oqtay Gözəlova həvalə olunub
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin olunub.
Oqtay İsmət oğlu Gözəlov Mərkəzin direktoru vəzifəsini icra edəcək.
O.Gözəlov karyerasına həkim-psixiatr kimi başlayıb, daha sonra hərbi həkim kimi xidmət edib. 2008-ci ildən Ümumdünya Səhiyyə Təşkilatında müxtəlif rəhbər və ekspert vəzifələrində çalışıb.
Mərkəzin əvvəlki direktoru Mirələm Cəlalov isə bu ilin aprelində vəzifəsindən azad edilib.
Sosial şəbəkələrdə paylaş
