Ramiz Mehdiyev və Eldar Əmirov məhkəmə qarşısında
İttiham aktı bu gün elan ediləcək.
Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev və onun keçmiş köməkçisi Eldar Əmirovun cinayət işi üzrə məhkəmə istintaqına start veriləcək.
Hakim Murad Aslanovun sədrliyi ilə keçiriləcək iclasda dövlət ittihamçıları tərəfindən ittiham aktı elan ediləcək.
Səhhətinə görə məhkəməyə gəlməyən 88 yaşlı Ramiz Mehdiyev prosesə videokonfrans vasitəsilə qatılacaq.
İclasda ondan ittihamı qəbul edib-etmədiyi soruşulacaq. Daha sonra təqsirləndirilən şəxsin sərbəst ifadə verməsi mümkündür.
Ramiz Mehdiyev hakimiyyəti zorla ələ keçirməyə cəhd, dövlətə xəyanət, külli miqdarda rüşvət alma və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ilə bağlı ittihamlarla üzləşib. Bu maddələr üzrə ən ağır cəza ömürlük azadlıqdan məhrumetmədir.
