Sarkisyan barədə cinayət işi
Keçmiş prezident daşınmaz əmlak sövdələşməsində şübhəli bilinir
Ermənistanın Baş Prokurorluğu ölkənin keçmiş prezidenti Serj Sarkisyanla bağlı cinayət işi başladıb.
Yerli medianın yazdığına görə, cinayət işi 2004-cü ildə dövlətə məxsus daşınmaz əmlakın bazar qiymətindən aşağı məbləğə satılması ilə bağlıdır.
İddialara əsasən, həmin dövrdə müdafiə naziri olan Sarkisyanın rəhbərlik etdiyi nazirliyin balansındakı “Vana Liç Dıraxt” istirahət zonası 500 min ABŞ dollarına fiziki şəxsə satılıb. Əmlakın özəlləşdirilmədən bir il sonra bazar dəyəri 700 min dollar müəyyən edilib.
Məlumata görə, əmlak əvvəlcə hüquqi və müqavilə əsası olmadan həmin şəxsə icarəyə verilib, daha sonra 115 milyon drama satılaraq onun mülkiyyətinə keçirilib.
Fakt üzrə cinayət işi başlanılıb.
