Emin Əmrullayevdən müəllimlərə təbrik
Elm və təhsil naziri Emin Əmrullayev Beynəlxalq Müəllimlər Günü ilə bağlı müəllimlərə təbrik ünvanlayıb.
Bu barədə nazir sosial şəbəkə hesabında paylaşım edib.
E.Əmrullayev müəllimliyi ən çətin və şərəfli peşələrdən biri kimi xarakterizə edib. O bildirib ki, müəllimlərin missiyası yalnız bilik verməklə məhdudlaşmır, həm də savadlı, məsuliyyətli və vətənpərvər nəslin yetişdirilməsini əhatə edir.
Nazir gənclərin cəmiyyətdə layiqli yer tutmasında müəllimlərin əməyinin əhəmiyyətini vurğulayaraq, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Sosial şəbəkələrdə paylaş
