Nazir Saatlıda pambıq yığımına qatılıb
Məcnun Məmmədov kombayn idarə edərək pambıq yığıb
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Saatlı rayonunun Fətəlikənd kəndində pambıq yığımı prosesində iştirak edib.
Nazir kombaynın sükanı arxasına keçərək pambıq yığıb, sahədə çalışan mexanizator Yasin Zəhəddinovla söhbət edib.
M.Məmmədov mexanizatorun fəaliyyəti və pambıq yığımının gedişi ilə maraqlanıb.
10 ildir kombayn idarə edən Yasin Zəhəddinov iş təcrübəsi barədə nazirə məlumat verib, müasir kənd təsərrüfatı texnikalarının pambıq yığımında yaratdığı imkanlardan danışıb.
Hazırda sahələrdə pambıq yığımı müasir texnika və mexanizasiya imkanlarından istifadə edilməklə davam etdirilir.
Sosial şəbəkələrdə paylaş
