Nazir açıqladı: 10 minə yaxın müəllim işdən azad edilib
Keçid balını toplaya bilməyən müəllimlərlə müqavilələrə xitam verilib
Elm və təhsil naziri Emin Əmrullayev sertifikatlaşdırma prosesinin nəticələri ilə bağlı açıqlama verib.
O qeyd edib ki, sertifikatlaşdırma imtahanlarında müəyyən edilmiş keçid balını toplaya bilməyən 10 minə yaxın müəllimlə əmək müqaviləsinə xitam verilib.
Nazir vurğulayıb ki, bu qərar təhsilin keyfiyyətinin yüksəldilməsi və şagirdlərin gələcəyinin təmin edilməsi məqsədi daşıyır.
Sosial şəbəkələrdə paylaş
