Bu il 46 məişət zorakılığı qurbanına yardım göstərilib
Sosial xidmət alanların 26-sı uşaqlardır
Bu il Sosial Xidmətlər Agentliyi tərəfindən məişət zorakılığından zərər çəkmiş 46 nəfər sosial reabilitasiya xidmətləri ilə əhatə olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, onların 26-sı uşaqlardır.
Zərərçəkənlər 2021-ci ildən fəaliyyət göstərən Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün sosial reabilitasiya şöbəsində müxtəlif xidmətlərə cəlb ediliblər.
Həmin şəxslərin sosial reabilitasiyası və sosial statuslarının bərpası ilə bağlı fərdi iş planları hazırlanıb və müvafiq tədbirlər görülüb.
Şöbədə zərərçəkənlər sosial-məişət, sosial-iqtisadi, sosial-psixoloji, tibbi-sosial və sosial-məsləhət yardımı xidmətləri ilə təmin edilirlər.
Sosial şəbəkələrdə paylaş
