Gəncədə məktəbdə 5 şagird zəhərlənib
Onlar xəstəxanaya çatdırılıb
Gəncədə məktəblərin birində 5 şagird zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Hadisə Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə qeydə alınıb. Dərs zamanı 4-cü sinif şagirdlərindən bir neçəsi özünü pis hiss edib.
İlkin məlumata görə, şagirdlərin məktəbin bufetindən aldıqları şirniyyatdan zəhərləndikləri ehtimal edilir.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi hadisənin nəzarətə götürüldüyünü və səbəblərin müəyyənləşdirilməsi istiqamətində aidiyyəti qurumlarla birgə araşdırma aparıldığını açıqlayıb.
TƏBİB-dən bildirilib ki, 5 nəfər zəhərlənmə şübhəsi ilə Abbas Səhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Hazırda onların müalicəsi davam etdirilir, vəziyyətləri stabildir.
Sosial şəbəkələrdə paylaş
