“Birliyin Gücü – 2026”: Yüksək Səviyyəli Müşahidəçi Günü
Qızılqayada hərbi texnika və silahlar nümayiş etdirilib
Oktyabrın 1-də Xocavənd rayonundakı Qızılqaya təlim mərkəzində “Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilir.
Müdafiə Nazirliyindən bildirilib ki, tədbirdə müdafiə naziri general-polkovnik Zakir Həsənov, nazirliyin rəhbər heyəti, iştirakçı və müşahidəçi ölkələrin müdafiə nazirləri, baş qərargah rəisləri və digər yüksəkvəzifəli qonaqlar iştirak edirlər.
Tədbirə yerli və xarici media nümayəndələri də qatılıb.
Qonaqlar təlim çərçivəsində keçirilən sərgidə Azərbaycan Ordusunun silahlanmasına yeni daxil edilmiş silah və texnikalar, pilotsuz sistemlər, aviasiya vasitələri və digər hərbi avadanlıqlarla tanış olublar.
Günün davamında təlimin növbəti mərhələləri və praktiki fəaliyyətlər nümayiş etdiriləcək.



