Bakı Forumu Euronews-da
Reportajda terrorizm və kibertəhlükələr müzakirə olunub
“Euronews” Bakı Təhlükəsizlik Forumuna həsr olunmuş reportaj yayımlayıb.
Telekanalın reportajında forumun müxtəlif ölkələrin təhlükəsizlik və kəşfiyyat rəsmilərini bir araya gətirdiyi bildirilib. Qeyd olunub ki, tədbirdə terrorizm, kibertəhlükələr və terror şəbəkələrinin texnologiyalardan istifadəsi ilə bağlı məsələlər müzakirə edilib.
Reportajda müasir təhlükəsizlik təhdidlərinin dövlət sərhədlərini aşdığı və bu çağırışların qarşısının alınmasında beynəlxalq əməkdaşlığın vacibliyi vurğulanıb.
Həmçinin Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması, qarşılıqlı etimad və əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verdiyi diqqətə çatdırılıb.
[video=]
Sosial şəbəkələrdə paylaş
