Prezident FIFA rəhbəri ilə görüşüb
Azərbaycanda keçiriləcək futbol turnirlərinə hazırlıq məsələləri müzakirə edilib
Prezident İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib.
Görüşdə Azərbaycanda futbolun inkişafı, FIFA ilə əməkdaşlıq və qarşıdakı beynəlxalq turnirlərə hazırlıq məsələləri müzakirə olunub.
İlham Əliyev futbolun inkişafına göstərdiyi dəstəyə görə FIFA prezidentinə təşəkkür edib.
Dövlət başçısı gələn ay Azərbaycanda ilk dəfə keçiriləcək 15 yaşadək oğlan futbolçular arasında FIFA U-15 dünya çempionatı və festivalına, həmçinin 2027-ci ildə təşkil olunacaq FIFA U-20 dünya çempionatına hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını bildirib.
Prezident bu tədbirlərin Azərbaycanda və bütövlükdə regionda futbolun inkişafı baxımından əhəmiyyətini vurğulayıb.

Canni İnfantino isə qəbul üçün Prezident İlham Əliyevə təşəkkür edib. FIFA rəhbəri U-15 dünya çempionatı və festivalının beynəlxalq idman ictimaiyyətinin diqqətini Azərbaycana yönəldəcəyini bildirib.
Görüşdə ölkəmizdə futbolun inkişafı istiqamətində həyata keçirilən tədbirlər və əldə olunan uğurlar da müzakirə edilib.
Azərbaycan-FIFA əməkdaşlığının perspektivləri nəzərdən keçirilib, AFFA-nın FIFA-nın fəaliyyətinə verdiyi dəstək qeyd olunub.
Sonda Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim edib.