Baş prokuror Gəncədə vətəndaşları qəbul edəcək
Baş prokuror Kamran Əliyev oktyabrın 7-də Gəncə şəhərində vətəndaşları qəbul edəcək.
Qəbul saat 10:00-da Gəncə şəhər prokurorluğunun inzibati binasında keçiriləcək.
Qəbul Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq təşkil olunacaq.
Vətəndaşların qəbulla bağlı qeydiyyatı Gəncə şəhər prokurorluğu tərəfindən həyata keçiriləcək.
Qəbula yazılmaq istəyən şəxslər şəhər prokurorluğuna yazılı və ya şifahi müraciət edə, həmçinin Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrələri ilə əlaqə saxlaya bilərlər.
Bundan başqa, contact@prosecutor.gov.az elektron poçt ünvanı və prokurorluğun Instagram, Facebook və X sosial şəbəkə səhifələri vasitəsilə də müraciət etmək mümkündür.
