“Birliyin Gücü-2026”da kiberəməliyyat təlimi
Üç ölkənin hərbçiləri vahid komanda ilə fəaliyyət göstərib
“Birliyin Gücü-2026” birgə hərbi təlimi çərçivəsində Azərbaycan, Türkiyə və Özbəkistanın kibertəhlükəsizlik üzrə hərbi mütəxəssisləri kiberəməliyyat fəaliyyətləri həyata keçiriblər.
Müdafiə Nazirliyinin məlumatına görə, “Qızılqaya” Təlim Mərkəzində keçirilən təlimdə hər üç ölkənin hərbi qulluqçuları vahid kiberəməliyyat qrupu tərkibində fəaliyyət göstəriblər.
Qrup qanunsuz silahlı qruplaşmaların kiberhücumlarının qarşısının alınması və informasiya-kommunikasiya sistemlərinin təhlükəsizliyinin təmin edilməsi üzrə tapşırıqları yerinə yetirib.
Təlim zamanı mütəxəssislər bölmələrin taktiki fəaliyyətini dəstəkləyən kibertəhlükəsizlik tədbirlərini icra ediblər.
Sosial şəbəkələrdə paylaş
