İcbari Sığorta Bürosunda yeni təyinat
Elçin Əhmədov Himayəçilər Şurasına üzv seçilib
“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı İştirakçılarının növbədənkənar iclasının qərarına əsasən, İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının tərkibində dəyişiklik edilib.
“Atəşgah” Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin sədri Elçin Rəşid oğlu Əhmədov Şuranın yeni üzvü təyin olunub.
Elçin Əhmədov 2020–2025-ci illərdə “Atəşgah Həyat” Sığorta Şirkətinin Direktorlar Şurasının müstəqil üzvü olub. 11 mart 2025-ci ildən isə “Atəşgah” Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin sədri vəzifəsində fəaliyyət göstərir.
Sosial şəbəkələrdə paylaş
