Vardanyan 3 il əvvəl Laçında saxlanılıb
Milyarder ağır cinayətlər üzrə ittiham olunub və 20 il həbs cəzası alıb
Ruben Vardanyanın Azərbaycan tərəfindən saxlanılmasından üç il keçir.
Qarabağdakı keçmiş separatçı rejimin “dövlət naziri” olan Vardanyan 2023-cü il sentyabrın 27-də Ermənistana keçmək istəyərkən Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılıb.
O, sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi və digər ağır cinayətlərdə ittiham edilib.
Məhkəmənin hökmü ilə Ruben Vardanyan elan edilmiş ittihamlar üzrə təqsirli bilinib və 20 il müddətinə azadlıqdan məhrum edilib.
Vardanyanın saxlanılması Azərbaycanın 2023-cü ilin sentyabrında Qarabağda keçirdiyi antiterror tədbirlərindən sonra baş verib.
Bununla da uzun müddət Qarabağdakı separatçı rejimin rəhbərliyində təmsil olunan Vardanyanın fəaliyyəti ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
