Təcili yardım sürücüsü yolda öldü

İsmayıl Məmmədov ürəyində ağrı hiss etsə də, həkim briqadasını xəstənin yanına çatdırıb.
Sumqayıtdan Masazıra ağır xəstə çağırışına gedən təcili tibbi yardım avtomobilinin sürücüsü İsmayıl Məmmədov vəfat edib.
İ.Məmmədovun həkim briqadasını xəstənin yanına çatdırdıqdan sonra ürəktutması keçirdiyi bildirilir.
Həkimlərin sözlərinə görə, sürücü yol boyu ürəyində ağrı hiss edib. Lakin buna baxmayaraq, briqadanı xəstənin yanına çatdırmaq üçün yoluna davam edib.
Həkimlər xəstəyə yardım göstərib avtomobilə qayıtdıqda İ.Məmmədovun sükan arxasında həyatını itirdiyini müəyyənləşdiriblər.
Sosial şəbəkələrdə paylaş