Hərbi Prokurorluq bölmələrdə görüşlər keçirib
Zəngilan və Xocavənddə hərbçilərin xidmət şəraiti ilə tanışlıq olub
27 Sentyabr – Anım Günü ilə əlaqədar Hərbi Prokurorluğun rəhbərliyi Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Zəngilan və Xocavənd rayonlarında yerləşən bölmələrində görüşlər keçirib.
Rəhbərlik, həmçinin hospitalda müalicə olunan hərbi qulluqçuları ziyarət edib.
Görüşlər zamanı Vətən müharibəsində qazanılan Zəfərdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rolu, eləcə də Azərbaycan hərbçilərinin döyüşlərdə göstərdiyi şücaət qeyd olunub.
Hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanışlıqdan sonra xidmətdə fərqlənən hərbçilərə hədiyyələr, hospitalda müalicə olunan hərbçilərə isə sovqatlar təqdim edilib.

