Zavodda yanğın baş verib
Yanğın boş anbar ərazisində qeydə alınıb
İmişli Şəkər Zavodunun ərazisində yanğın baş verib.
Hadisə anbarlardan birində qeydə alınıb. Əraziyə İmişli ilə yanaşı, Biləsuvar, Kürdəmir, Sabirabad, Şirvan və Saatlı rayonlarından yanğınsöndürən qüvvələr cəlb edilib.
Yanğın operativ müdaxilə nəticəsində söndürülüb.
TƏBİB-dən bildirilib ki, hadisə ilə əlaqədar xəstəxanaya müraciət edən olmayıb.
“Azərsun Holdinq”in məlumatına əsasən, yanğın təmir işləri aparılan boş anbar ərazisində baş verib. Hadisə zamanı xəsarət alan olmayıb, şəkər ehtiyatlarına zərər dəyməyib.
Hadisənin səbəbləri araşdırılır.
Sosial şəbəkələrdə paylaş
