Astara gömrüyündə nəhəng narkotik partiyası ələ keçirildi
52 kiloqrama yaxın marixuana “şaftalı”ların içində gizlədilib
Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Azərbaycan ərazisindən tranzit qaydada külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Astara gömrük postunda İrandan Rusiyaya “şaftalı” yükü aparan yük avtomobili saxlanılıb.
Nəqliyyat vasitəsi stasionar rentgen qurğusundan keçirilib və kinoloji xidmət itinin köməyi ilə yoxlanılıb. Yoxlama zamanı yükdə gizli bağlamaların olduğu müəyyən edilib.
Baxış zamanı gömrük nəzarətindən gizlədilən “şaftalı” formalı 104 ədəd qablaşdırmada 51 kiloqram 906 qram marixuana aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Sosial şəbəkələrdə paylaş
