Formula-1 günlərində Bakıda polis gücləndirilmiş rejimdə
Bakıda keçirilən “Formula-1 Qatar Airways Azərbaycan Qran Pri” ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş rejimdə xidmət aparırlar.
DİN-in Mətbuat xidmətinin yaydığı müraciətdə bildirilib ki, sentyabrın 23-dən 26-dək paytaxtda sürücü və piyadaların təhlükəsizliyinin, nəqliyyatın fasiləsiz hərəkətinin, eləcə də yarış ərazisində və “Fan” zonalarında təhlükəsizliyin təmin olunması diqqətdə saxlanılır.
Sürücülərdən və paytaxt sakinlərindən həmin müddətdə ictimai nəqliyyata üstünlük vermələri, polis əməkdaşlarının nizamlayıcı kimi verdiyi işarələrə əməl etmələri və səfərlərini alternativ marşrutlar üzrə planlaşdırmaları xahiş olunur.
Sosial şəbəkələrdə paylaş
