Laçında yanğın baş verdi
Laçın rayonunun Minkənd kəndi yaxınlığında dağlıq ərazidə yanğın qeydə alınıb.
FHN-in məlumatına görə, yanğının söndürülməsi üçün əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.
Mürəkkəb relyefə və küləkli hava şəraitinə baxmayaraq, yanğının geniş əraziyə yayılmasına imkan verilməyib. Alov qısa müddətdə söndürülüb.
Sosial şəbəkələrdə paylaş
