Bakıdakı beynəlxalq yarış turist xərclərini artırıb
Mastercard İqtisadiyyat İnstitutunun araşdırması 2025-ci ildə Bakıda keçirilən böyük beynəlxalq yarışın şəhərin turizm iqtisadiyyatına ciddi təsir göstərdiyini ortaya qoyub.
Araşdırmaya əsasən, həmin dövrdə paytaxta gələn turistlərin iaşə obyektlərindən tutmuş pərakəndə satış sektorunadək müxtəlif sahələrdə xərcləri artıb.
Təhlil Mastercard-ın ümumiləşdirilmiş və anonimləşdirilmiş məlumatları əsasında hazırlanıb. Nəticələr göstərir ki, böyük beynəlxalq tədbirlər ev sahibi şəhərlərdə turizmlə əlaqəli sahələrin inkişafına, biznes aktivliyinin artmasına və turist xərclərinin yüksəlməsinə mühüm töhfə verir.
Araşdırmada qeyd olunur ki, bu cür tədbirlər həmçinin şirkətlər və qərarvericilər üçün turist davranışlarının öyrənilməsi, gələcək tədbirlərin planlaşdırılması və iqtisadi imkanların qiymətləndirilməsi baxımından əhəmiyyətli məlumat mənbəyi yaradır.
Mastercard İqtisadiyyat İnstitutunun araşdırmasının tam nəticələri ilə tanış olmaq üçün keçidə müraciət edə bilərsiniz.
