Sabunçuda 52 qəzalı bina sökülür
Sakinlərin köçürülməsi mərhələli şəkildə aparılır
Sabunçu rayonunda qəzalı vəziyyətdə olan 52 binanın mərhələli şəkildə sökülməsi və həmin binalarda yaşayan sakinlərin köçürülməsi prosesi davam etdirilir.
AzTV-yə istinadən xəbər verir ki, söküntü işləri başa çatdıqdan sonra ərazilərin abadlaşdırılması, bəzi sahələrdə isə yeni binaların inşası planlaşdırılır.
Hazırda söküntü aparılan ünvanlardan biri Aşıq Alı küçəsidir. Ərazidəki qəzalı binaların böyük hissəsi artıq sökülüb. Sökülməsi nəzərdə tutulan binalardan birində isə tikililərin yararsız vəziyyəti aydın şəkildə müşahidə olunur.
Məlumata görə, 52 qəzalı binadan 29-nun investorlar, 17-nin isə dövlət hesabına sökülməsi nəzərdə tutulur. Digər binaların söküntüsü isə dövlət və investorların birgə iştirakı ilə həyata keçiriləcək.
