Əfv edilən fransalı məhbus azadlığa buraxılıb
Prezident İlham Əliyevin imzaladığı Əfv Sərəncamı ilə azadlığa buraxılan Fransa vətəndaşı Martin Ryan həbsdən azad edilib.
M.Ryan bir qədər əvvəl Lənkəran rayonunda yerləşən cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.
Qeyd edək ki, Martin Ryan bu ilin martında casusluqda təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.
Əfv Sərəncamı ilə, həmçinin iki Türkiyə, bir Rusiya və bir Pakistan vətəndaşı olan məhbus azadlığa buraxılıb.
Sosial şəbəkələrdə paylaş
