Culfada “Scania” yandı
Culfa rayonu ərazisində “Scania” markalı qoşqulu yük avtomobilində yanğın baş verib.
Bu barədə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumat əsasında hadisə yerinə Culfa Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub.
Yanğınsöndürənlərin müdaxiləsi ilə yanğın qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində yük avtomobilinin kabin hissəsi və bir qoşqu yanıb, digər qoşqu isə yanğından mühafizə olunub.
Sosial şəbəkələrdə paylaş
