Sumqayıtdan Bakıya gedən qatarda yer qalmayıb
Bakıda son günlər müşahidə olunan nəqliyyat sıxlığı dəmiryol nəqliyyatına da təsir edib.
Sumqayıtdan Bakıya hərəkət edən ADY qatarlarından birində həddindən artıq sərnişin sıxlığı yaranıb.
Bununla bağlı sosial şəbəkələrdə video görüntülər yayılıb. Görüntülərdən qatarın vaqonlarında sərnişinlərin çoxluğundan hərəkət etməyin çətin olduğu görünür.
Hətta yer çatışmazlığı səbəbindən bəzi sərnişinlərin qatarın sanitar qovşağında dayanmağa məcbur qaldığı bildirilib.
[video=]
Sosial şəbəkələrdə paylaş
