Bakıda iki uşaq evdə köməksiz qalıb
Bakının Sabunçu rayonunda iki azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
FHN-in məlumatına görə, hadisə Bakıxanov qəsəbəsində baş verib.
Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları çağırış üzrə əraziyə cəlb olunublar. Uşaqların qapının döyülməsinə və telefon zənglərinə cavab vermədiyi müəyyənləşib.
Xilasedicilər alpinist ləvazimatlarından istifadə etməklə qonşu eyvandan mənzilə daxil olublar.
2018 və 2019-cu il təvəllüdlü uşaqlar yatmış vəziyyətdə tapılaraq yaxınlarına təhvil veriliblər.
Sosial şəbəkələrdə paylaş
