“SİMA İmza” vergi ödəyicilərinə müraciət etdi
Bəyannamələr onlayn təqdim olunacaq
III rüb üzrə hesabatlılıq dövrü ilə əlaqədar vergi ödəyiciləri bəyannamələrini “SİMA İmza” vasitəsilə tam rəqəmsal formada təqdim edə bilərlər.
“SİMA İmza” fərdi sahibkar və hüquqi şəxslərə vergi portalında təqdim olunan xidmətlərdən, eləcə də bank sistemlərindən rahat şəkildə istifadə etməyə imkan verir.
Bildirilib ki, xidmətin əhatə dairəsinin genişləndirilməsi məqsədilə yeni qurumlarla inteqrasiya işləri aparılır. Yaxın zamanda istifadəçilərə yeni rəqəmsal imkanların təqdim edilməsi planlaşdırılır.
Oktyabr ayı ərzində “SİMA İmza” istifadəçiləri ƏDV, gəlir, mənfəət, sadələşdirilmiş və vahid bəyannamələr də daxil olmaqla vergi hesabatlarını rəqəmsal mühitdə təqdim edə bilərlər.
“6AYPULSUZ” promokodu ilə biznes imzasını ilk 6 ay ərzində ödənişsiz əldə etmək mümkündür. Sonrakı dövrdə abunəlik aylıq 2,40 manat, illik 25 manat və 3 illik 55 manat təşkil edir.
Qeyd edək ki, SİMA yeni nəsil rəqəmsal imza “AzInTelecom” MMC tərəfindən 2022-ci ildə yaradılıb. “SİMA İmza” dövlət və özəl xidmətlərdən təhlükəsiz və sürətli istifadə üçün nəzərdə tutulub.