Tbilisidə 100-dən çox uşaq xəstəxanaya yerləşdirilib
Gürcüstanın Tbilisi şəhərində uşaq bağçalarında baş verən kütləvi xəstələnmənin səbəbi ilə bağlı ilkin nəticələr açıqlanıb.
Gürcüstan Milli Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin məlumatına əsasən, aparılan analizlər yoluxma hallarının əsasən norovirusla əlaqəli olduğunu göstərib.
Qeyd edək ki, norovirus kəskin virus mənşəli qastroenteritə səbəb olur. Xəstəliyin əsas əlamətləri qusma, ishal, qarın ağrısı və bəzən hərarətdir.
Səhiyyə mütəxəssisləri xəstəlik zamanı uşaqlarda maye itkisinin qarşısının alınmasının vacib olduğunu bildirirlər.
Hazırda xəstə uşaqların sağlamlıq vəziyyəti müsbət qiymətləndirilir. Həyati təhlükəli hallar və ağırlaşmalar qeydə alınmayıb.
Xəstəlik Tbilisinin 20 uşaq bağçasında müşahidə olunub. Yoluxmanın qarşısını almaq məqsədilə 7 bağçanın fəaliyyəti müvəqqəti dayandırılıb.
Gürcüstanın səhiyyə naziri Mixeil Sardjveladzenin açıqlamasına görə, hadisə ilə bağlı araşdırmalar davam etdirilir.