Hövsan limanının Gömrük Postuna rəis təyin olundu
“Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” Gömrük Postuna yeni rəhbər təyin edilib.
Məlumata görə, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun müvafiq əmri ilə Baş inspektor Bəhram Sərvər oğlu Əvəzov Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin tabeliyində olan Gömrük Postunun rəisi vəzifəsinə gətirilib.
Xatırladaq ki, postun əvvəlki rəisi Fərid Usubov 2025-ci ilin iyununda DGK sədrinin əmri ilə sərəncama götürülüb.
F.Usubov dekabr ayında Hövsan limanında aşkar edilmiş külli miqdarda qanunsuz siqaret yüklərinin qaçaqmalçılığı ilə bağlı cinayət işi çərçivəsində hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq həbs edilib.
Sosial şəbəkələrdə paylaş
