Bakı metrosunda xətlərin ayrılması: ADY sərnişinlərə alternativ marşrutlar göstərdi
Bakı Metropolitenində xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlərin rahat hərəkətinin təmin olunması üçün alternativ marşrutlar müəyyənləşdirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, sərnişinlər “Dərnəgül” dəmiryol dayanacağından qatarla “28 May” istiqamətinə cəmi 11 dəqiqəyə çata bilərlər.
Xırdalan və Biləcəridən qatarla “Dərnəgül” dayanacağına gələn sərnişinlər isə buradan metro stansiyasına keçid etməklə Yaşıl xətt üzrə səfərlərini davam etdirə bilərlər.
Alternativ marşrut “20 Yanvar”, “İnşaatçılar” və “Elmlər Akademiyası” stansiyalarına gedən sərnişinlər üçün də nəzərdə tutulub.
ADY qatarlarının hərəkət cədvəli şirkətin rəsmi saytında və “ADY Mobile” tətbiqində yerləşdirilir.
Sosial şəbəkələrdə paylaş
