
“103” çağrı mərkəzinə əsassız müraciətlər edərək təcili tibbi yardım əməkdaşlarının işinə mane olan şəxslə bağlı araşdırmanın nəticələri açıqlanıb.
Məlum olub ki, yayılan görüntülərdəki 27 yaşlı qadın polis tərəfindən müəyyən edilərək saxlanılıb.
Hazırda onun barəsində qanunvericiliyin tələblərinə uyğun məsuliyyət tədbirlərinin görülməsi davam etdirilir.
Xüsusilə qeyd edilməlidir ki, təcili yardım xidmətlərinin əsassız çağırışlarla məşğul edilməsi real ehtiyacı olan insanların yardım alma müddətini uzada və ciddi nəticələrə səbəb ola bilər.
[video=]