Suraxanıda xilasedicilər 9-cu mərtəbədəki mənzilə pəncərədən daxil oldular
Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində diqqət çəkən xilasetmə əməliyyatı həyata keçirilib.
Belə ki, 2014-cü il təvəllüdlü E.Qurbanlının yaxınları mənzilin qapısını döysələr də, içəridən heç bir cavab almayıblar. Narahatlıq keçirən yaxınları FHN-in “112” qaynar xəttinə məlumat veriblər.
Məlumat əsasında əraziyə FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Xilasedicilər alpinist avadanlıqlarından istifadə edərək 16 mərtəbəli binanın 9-cu mərtəbəsindəki mənzilə pəncərədən daxil olublar.
Mənzildə uşağın yatdığı müəyyən edilib. Uşaq təhlükəsiz şəkildə yaxınlarına təhvil verilib.
[video=]
Sosial şəbəkələrdə paylaş
