Muğanlı–İsmayıllı–Qəbələ yolunda yük maşını qəzası
Ağsu rayonunda yük avtomobili aşıb.
Hadisə Muğanlı–İsmayıllı–Qəbələ avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, “İsuzu” markalı yük maşını hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Nəticədə avtomobilə ciddi ziyan dəyib. Yük maşınında daşınan çoxsaylı qida və qeyri-qida məhsulları yola səpələnib.
Hadisə ilə bağlı görüntülər “Şimal.news” tərəfindən yayımlanıb.
[video=]
Sosial şəbəkələrdə paylaş
