Zərdabdakı dəhşətli qəzada daha bir nəfər vəfat edib
Zərdab-Ağcabədi avtomobil yolunda bir həftə əvvəl baş verən yol qəzasında xəsarət alan Reyhan Məhəmmədova müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Hadisə “KIA” markalı avtomobilin traktorla toqquşması və daha sonra yanması ilə nəticələnib.
Məlumata görə, avtomobildə olan şəxslər Qalib Məhəmmədovun nəvəsinin ilk tədris ili və ad günü münasibətilə keçirilən məclisdən geri qayıdırmış.
Qəza zamanı avtomobili idarə edən Elyar Məhəmmədov Qalib Məhəmmədovun oğlu, Reyhan Məhəmmədova isə onun həyat yoldaşı olub.
Hadisə zamanı Səkinə Məhəmmədova, onun gəlini Susanna Məhəmmədova və qızı Mehriban Kərimova da həyatlarını itiriblər.
Elyar Məhəmmədov Məmmədqasımlı kənd tam orta məktəbində riyaziyyat müəllimi işləyib. O, Vətən müharibəsinin iştirakçısı olub.
Qalib Məhəmmədov uzun müddət həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərib. Reyhan Məhəmmədova da müəllim olub.
