Atalarını şəkillərdən tanıyırlar: Şəhid övladları ilk dəfə məktəbə gedirlər
Bu il birinci sinfə qədəm qoyan uşaqlar arasında Vətən müharibəsində şəhid olan qəhrəmanların övladları da var.
Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı İsmayıl Səmədovun oğlu Mehdi Səmədov, baş çavuş Abdurahman İsrafilovun qızı Nilay İsrafilova və əsgər Elvin Məmmədovun qızı Ahunur Məmmədova Zaqatalada yerləşən akademik Zərifə Əliyeva adına Liseydə təhsil alacaqlar.
Bu üç körpə atalarını demək olar ki, görməyib. Onlar şəhid atalarını əsasən şəkillərdən tanıyırlar.
Ataları şəhid olan zaman Mehdi 10 aylıq, Ahunur 7 aylıq, Nilay isə cəmi 10 günlük idi.
Qeyd edək ki, İsmayıl Səmədovun qızı Nurgül də həmin liseydə təhsil alır. O, hazırda 3-cü sinif şagirdidir.
Sosial şəbəkələrdə paylaş
