Nazir açıqladı: Bu il 90 məktəbdə təmayüllü siniflər olacaq
“Bu tədris ili Azərbaycan təhsili üçün vacib olacaq”.
Qafqazinfo xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı çıxışında deyib.
Nazirin sözlərinə görə, tədris ilində əsas istiqamətlərdən biri təmayüllü siniflərin əhatə dairəsinin genişləndirilməsi olacaq.
“Bu il 90 məktəbdə təmayüllü sinif modeli tətbiq ediləcək. Bu, müəyyən mənada valideynlərə dəstək olacaq və şagirdlərin daha yaxşı nəticələr göstərməsinə imkan verəcək”, - deyə E.Əmrullayev bildirib.
Nazir qeyd edib ki, nəticələr uğurlu olacağı təqdirdə model tam orta təhsildə daha geniş şəkildə tətbiq edilə bilər.
“Bu zaman şagirdlər son iki ili təmayüllü siniflərdə oxuyacaqlar”, - deyə nazir əlavə edib.
Sosial şəbəkələrdə paylaş
