Bərdədə 35 həftəlik hamilə qadın xəstəxananın həyətində doğuş edib
Bərdədə 35 həftəlik hamilə qadın xəstəxanaya gətirilərkən doğuş başlayıb.
TƏBİB-dən bildirilib ki, hadisə avqustun 10-da saat 10:40 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum evinin həyətində baş verib.
Belə ki, 35 həftəlik hamilə qadın xəstəxanaya gətirilərkən avtomobildə doğuş başlayıb. Həkimlərin çevik müdaxiləsi nəticəsində ana və körpəyə zəruri tibbi yardım göstərilib.
Nəticədə çəkisi 2 kiloqram 190 qram, boyu 45 santimetr olan qız uşağı dünyaya gəlib.
Hazırda zahı qadının və körpənin vəziyyəti stabil qiymətləndirilir.
Sosial şəbəkələrdə paylaş
