
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə süni intellektin dini baxımdan yaratdığı məsələlərin ayrıca müzakirə edilməsinin əhəmiyyətini qeyd edib.
APA xəbər verir ki, şeyxülislam bu barədə Bakıda təşkil olunan Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin 7-ci Görüşündə danışıb.
Onun sözlərinə görə, süni intellekt məsələlərinin müzakirəsi üçün müftilərin xüsusi toplantısının keçirilməsi məqsədəuyğundur.
“Dindarlar bu mövzuda bizim fikirlərimizi gözləyirlər”, - Allahşükür Paşazadə deyib.