FHN-in ötən həftəki fəaliyyəti: 41 nəfər xilas edildi
Fövqəladə Hallar Nazirliyi əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində tədbirləri davam etdirir.
Nazirliyin yaydığı məlumata əsasən, ötən həftə ərzində FHN-in aidiyyəti qurumları tərəfindən 412 yanğına çıxış həyata keçirilib. Bundan başqa, köməksiz vəziyyətdə qalma ilə bağlı 35, avtonəqliyyat qəzaları üzrə isə 3 xilasetmə əməliyyatı keçirilib.
Həyata keçirilən operativ tədbirlər nəticəsində insanların həyatının xilas edilməsi və təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri işlər görülüb.
Məlumata görə, həftə ərzində FHN əməkdaşları 8-i azyaşlı olmaqla 41 nəfəri xilas edib, 14 nəfəri təxliyə edib. Üç nəfərin meyiti isə aidiyyəti üzrə təhvil verilib.
Sosial şəbəkələrdə paylaş
