Birinci sinfə qəbulda yeni mərhələ: tarix açıqlandı
Üzrlü səbəbdən birinci sinfə qeydiyyatı gecikən uşaqlar üçün boş qalan yerlərə məktəb və müəllim seçiminə başlanılır.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, elektron qəbul sentyabrın 16-sı saat 11:00-da başlayacaq.
Valideynlər sentyabrın 30-u saat 15:00-dək mektebeqebul.edu.az portalında övladları üçün sorğu yerləşdirə biləcəklər.
Sorğu yerləşdirən valideynlər daha sonra tələb olunan sənədlərlə müvafiq məktəbə müraciət etməklə qəbul prosesini tamamlamalıdırlar.
Qeyd olunur ki, bu mərhələ yalnız üzrlü səbəbdən birinci sinfə qeydiyyatı gecikən və müəyyən olunmuş müddətdə elektron sistemdə sorğu yerləşdirən uşaqlara şamil edilir.
Məlumata görə, indiyədək 2026–2027-ci tədris ili üzrə 124 mindən çox uşaq birinci sinfə qəbul edilib.
