Pakistanın Ermənistandakı ilk səfiri etimadnaməsini təqdim edib
Pakistanın Ermənistana təyin etdiyi ilk fövqəladə və səlahiyyətli səfiri Şavkat Ali Xan fəaliyyətinə başlayıb.
“Sputnik Ermənistan” yazır ki, Şavkat Ali Xan etimadnaməsini Ermənistan Prezidenti Vaaqn Xaçaturyana təqdim edib.
Tərəflər arasında keçirilən görüşdə qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri nəzərdən keçirilib.
Xatırladaq ki, Pakistan və Ermənistan 31 avqust 2025-ci ildə diplomatik münasibətlərin qurulmasına dair birgə sənəd imzalayıb. Sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar imzalayıblar.
Sosial şəbəkələrdə paylaş
